Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Key Starmerin çıxışı zamanı Uelsdə fermerlər traktorlarla kütləvi aksiya keçiriblər.
Trend xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Fermerlərin etirazına səbəb Starmer hökumətinin hakimiyyətə gəldikdən sonra dəyəri 1 milyon funt sterlinqdən çox olan miras qalmış kənd təsərrüfatı torpaqlarına 20% vergi tətbiq etməyi nəzərdə tutan qanun layihəsini elan etməsi olub. Təklif olunan vergi qanunu qəbul edilərsə, bu, ölkədəki fermerlərin təxminən üçdə ikisinə təsir göstərəcək.
Etiraz aksiyası Uelsin şimalındakı Llandudno şəhərində, İşçi Partiyasının konfransının keçirildiyi binanın yaxınlığında baş tutub. Aksiyada yüzlərlə insan iştirak edib və onların əksəriyyəti kənd təsərrüfatı texnikası ilə etiraz meydanına gəlib.