Bakı. Trend:
Macarıstan milli komandasının məşqçilər heyətinin üzvü Millətlər Liqasının elit divizionunun 3-cü qrupunda Hollandiya ilə keçirilən matç zamanı huşunu itirib.
Trend xəbər verir ki, hadisə Amsterdamda baş tutan oyunun yeddinci dəqiqəsində baş verib. Futbolçular dərhal məşqçinin ətrafına toplaşıb və təcili yardım göstərilib.
Macarıstan Futbol Assosiasiyasının açıqlamasına əsasən, huşunu itirən şəxs daha əvvəl millinin futbolçusu olmuş Adam Szalai olub. O, hadisədən sonra təcili olaraq Amsterdamdakı xəstəxanaya aparılıb.
Müvafiq tibbi müdaxilədən sonra matç davam etdirilib. Adam Szalai ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.