Bakı. Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin, Amerika lideri Co Baydenlə görüş ərəfəsində, 2025-ci il yanvarın 20-də vəzifəyə başlayacaq ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ilə işləməyə hazır olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Si Cinpinin sözlərinə görə, Pekin iki xalqın rifahı naminə ABŞ-ın yeni administrasiyası ilə dialoq qurmaq, əməkdaşlığı inkişaf etdirmək və fikir ayrılıqlarını həll etmək niyyətindədir.
“Son günlər ABŞ-da seçkilər başa çatıb. Çinin məqsədi Çin və ABŞ arasında sabit, sağlam və uzunmüddətli əlaqələr yaratmaqdır. Bu məqsəd dəyişməz olaraq qalır”, - deyə o vurğulayıb.