...

ABŞ-da meymun çiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 17 Noyabr 2024 03:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da meymun çiçəyi xəstəliyinə ilk yoluxma hadisəsi aşkarlanıb.

Trend-in Associated Press-ə istinadən verdiyi məlumata görə, xəstə Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-a qayıdıb. Hazırda yoluxmuş şəxs Kaliforniyada xəstəxanada müalicə altındadır.

Bu ilin əvvəlində meymun çiçəyinin daha yoluxucu yeni növü aşkarlanıb. Sentyabrın sonundan bəri əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı avqustun 14-də dünyanın bir sıra ölkələrində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Xəbər lenti

Xəbər lenti