Bakı. Trend:
Gürcüstanın istedadlı nümayəndəsi Andria Putkaradze “Uşaq Avroviziyası 2024” müsabiqəsinin qalibi olub.
Trend xəbər verir ki, bu, Gürcüstanın yarışmada əldə etdiyi dördüncü qələbədir və bu nəticə ölkəni müsabiqə tarixində ən çox qalib olan ölkə kimi rekordçu edib.
Putkaradze “To My Mom” adlı mahnısı ilə həm münsiflər heyətinin, həm də tamaşaçıların böyük rəğbətini qazanıb. Səmimi sözləri və təsirli ifası ilə gənc müğənni səhnədə xüsusi bir atmosfer yaradıb.
Müsabiqə İspaniyanın paytaxtı Madriddə baş tutub və 17 ölkənin nümayəndələri arasında güclü rəqabət şəraitində keçirilib. Gürcüstan təmsilçisinin bu böyük uğuru ölkənin musiqi sahəsindəki istedadını bir daha nümayiş etdirib.