Bakı. Trend:
Tayvanın hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Litvada dron texnologiyaları üzrə əməkdaşlıq imkanlarını müzakirə etmək niyyətindədir.
Trend-in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Tayvanın ondan çox dron istehsalçısının nümayəndələri, o cümlədən xarici işlər naziri Lin Tzya-lunun rəhbərliyi altında Litvaya səfər edəcək.
Səfərdə iştirak edəcək şirkətlər arasında “Aerospace Industrial Development”, “Thunder Tiger”, “GEOSAT Aerospace & Technology” və “Mitac Holdings” kimi məşhur müəssisələr də yer alır.
Tayvanın “Thunder Tiger” PUA istehsalçısının rəhbəri Su Şen-Tsze bildirib ki, Litvanın lazer texnologiyaları pilotsuz uçuş aparatlarına qarşı sistemlərdə uğurla tətbiq edilə bilər. Bu, iki ölkə arasında texnologiya transferi və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açır.