...

Çin Xarici İşlər Nazirliyi Bayden və Si Tsinpinin danışıqlarını müsbət dəyərləndirib

Dünya xəbərləri Materials 17 Noyabr 2024 08:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının sədri Si Tsinpin və ABŞ prezidenti Co Bayden arasında keçirilən danışıqları yüksək qiymətləndirib. Nazirlik, bu görüşün Pekin və Vaşinqton arasındakı münasibətlərin gələcək inkişaf istiqamətini müəyyən etdiyini bildirib.

Trend xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi bəyanatına əsasən, tərəflər ABŞ-Çin münasibətlərinin inkişafı, fikir ayrılıqlarının düzgün idarə olunması və beynəlxalq, eləcə də regional məsələlərdə əməkdaşlıq barədə səmimi və konstruktiv müzakirələr aparıblar.

“Görüş zamanı tərəflər dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyi ilə bağlı mövqelərini bölüşüb və gələcək münasibətlərin inkişaf istiqamətini müəyyən ediblər,” - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bayden və Si Tsinpin arasında görüş Limada keçirilən APEC sammiti çərçivəsində baş tutub və iki saatdan az davam edib.

Xəbər lenti

Xəbər lenti