...

Si Cinpin Baydenlə görüşdə ABŞ-Çin münasibətlərinin vacibliyini vurğulayıb

Dünya xəbərləri Materials 17 Noyabr 2024 09:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin ABŞ ilə sabit və sağlam münasibətlərin inkişafının tərəfdarıdır.

Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Co Baydenlə görüşündə deyib.

"Si Cinpin Çin-ABŞ əlaqələrinin sabit, sağlam və davamlı inkişafına Çinin sadiq olmasının dəyişmədiyini vurğulayıb", - deyə Çin Xarici İşlər Nazirliyi bildirib.

Si Cinpinin sözlərinə görə, Çin və ABŞ iki böyük dövlət arasında qarşılıqlı əlaqə üçün düzgün yol tapmaqda davam etməlidir. Pekin “Çin-ABŞ münasibətlərinin sabitləşməsi istiqamətində çətin qazanılmış sürəti saxlamaq üçün” dialoqu davam etdirməyə, əməkdaşlığı genişləndirməyə və fikir ayrılıqlarını həll etməyə hazırdır.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında ziddiyyətlər və fikir ayrılıqları qaçılmazdır, “lakin onlar bir-birinin əsas maraqlarına xələl gətirməməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti