Bakı. Trend:
Novosibirsk vilayətinin Kupinski rayonundakı Novoselye kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 5 nəfər, o cümlədən 4 uşaq dünyasını dəyişib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, çoxuşaqlı ailənin yaşadığı evdə başlayan yanğından ata və onun 12 və 14 yaşlarında iki oğlu özbaşına xilas ola bilib. Lakin evdə qalan ana və dörd uşaq alovların arasında qalaraq həyatını itirib.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.