Bakı. Trend:
Qırğızıstanın 33 şəhər və 231 kəndində yerli şuralara deputat seçkiləri bu gün başlayıb.
Trend xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilər yerli vaxtla saat 08:00-da başlayıb və 20:00-dək davam edəcək (Bakı vaxtı ilə 06:00-18:00).
Səsvermə prosesini Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrdən olan 54 beynəlxalq müşahidəçi izləyir. Qırğızıstanda bütün seçkilər, o cümlədən bu gün keçirilən seçkilər, elektron seçki qutuları vasitəsilə təşkil edilir. Bu sistem ilkin nəticələrin dərhal mərkəzi serverə ötürülməsinə imkan verir.
Seçkilərdə 4928 deputatlığa namizəd iştirak edir. Daxili işlər naziri Ulanbek Niyazbekov seçki günü təhlükəsizliyin təmin edilməsi üçün 15 minə yaxın polis əməkdaşının cəlb edildiyini bildirib.