Bakı. Trend:
Qazaxıstanda keçmiş məsciddə qaz partlaması nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Akmola vilayətinin Fövqəladə Hallar Departamenti xəbər verib.
Məlumata əsasən, hadisə Sabındı kəndində baş verib. Bildirilib ki, qaz-hava qarışığının partlaması yanğın olmadan binanın dağılmasına səbəb oldu.
"1978-ci il təvəllüdlü kişi həlak olub. Dağıntılar altından 1983-cü il təvəllüdlü qadın və 2012-ci il təvəllüdlü uşağın cəsədləri də tapılıb", - deyə qeyd olunub.