...

"Lion" prezidenti klubu Fransa çempionatının elit divizionunda saxlayacağını vəd edib

İdman Materials 17 Noyabr 2024 06:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Lion" futbol klubunun prezidenti Con Tekstor, komandanın Fransa çempionatının elit divizionundakı yerini qoruyacağını və bu məqsədlə klubun 100 milyon avro borcunu ödəyəcəyini bəyan edib.

Trend-in məlumatına görə, amerikalı biznesmen Fransa mətbuatına açıqlamasında maliyyə problemlərinin öhdəsindən gələcəklərini bildirib: "Bütün dünyaya elan edirəm: biz aşağı liqaya düşməyəcəyik. Layihəmizə inamımız tamdır. Səhmdarlarımız kifayət qədər maliyyə vəsaitinə malikdir. Klubun aşağı liqaya düşməsinə heç kim icazə verməyəcək."

Mövcud maliyyə çətinlikləri səbəbindən "Lion" ciddi sanksiyalarla üzləşmək təhlükəsi ilə qarşı-qarşıyadır. Klubun ümumi borcu 500 milyon avroya çatır. Əgər bu borclar ödənilməzsə, komanda aşağı liqaya göndərilə, həmçinin transfer qadağaları ilə üzləşə bilər.

Con Tekstor bu vəziyyətdən çıxış yolu kimi İngiltərənin “Kristal Palas” klubundakı payını satmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti