Bakı. Trend:
Fransada keçirilən hərracda 22 metr uzunluğundakı apatozavr skeleti təxmin ediləndən çox baha, təqribən 6 milyon avroya alıcı tapıb.
Trend xəbər verir ki, hərrac "Collin du Bocage" və "Barbarossa" hərrac evlərinin təşkilatçılığı ilə baş tutub.
Auksion menecerləri bu sümüklərin indiyə qədər hərraca çıxarılan ən böyük dinozavr skeleti olduğunu bildiriblər. Skeletin ilkin qiyməti 3-5 milyon avro arasında dəyərləndirilsə də, yekun satış məbləği proqnozları xeyli üstələyib.
Bu nadir tapıntı dinozavr həvəskarları və kolleksiyaçılar arasında böyük marağa səbəb olub.