Bakı. Trend:
Çin və ABŞ arasında həm ikitərəfli, həm də qlobal miqyasda bir sıra mühüm məsələlərdə əməkdaşlıq etməyə ehtiyac var.
Trend xəbər verir ki, bunu Limada keçirilən APEC sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin prezidenti Si Tsinpin bəyan edib.
Si Tsinpin, iqtisadiyyat və ticarət, kənd təsərrüfatı, narkotiklərə nəzarət, hüquq-mühafizə, ictimai səhiyyə, iqlim dəyişikliyi, süni intellekt və digər aktual beynəlxalq məsələlərin Çin və ABŞ arasında əməkdaşlıq tələb etdiyini vurğulayıb. Çin prezidenti bu sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsinin vacibliyini qeyd edib.
O, həmçinin bildirib ki, Pekin və Vaşinqton əməkdaşlıq gündəliyini genişləndirməli və qarşılıqlı faydalı əməkdaşlığa nail olmalıdır.