Bakı. Trend:
Biz Frank Pallonenin mühafiçilərinin QHT üzvlərinə qarşı zorakılıq faktlarının araşdırılmasını tələb edirik.
Bunu Trend-ə açıqlamasında ABŞ Konqresinin ermənipərəst üzvü Frenk Pallonenin qaldığı otelin qarşısında keçirilən aksiyanın iştirakçısı İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
"BMT-nin beynəlxalq tədbiri çərçivəsində ABŞ konqresmeni Frank Pallone Azərbaycana səfəri baş tutub. Amma biz bilirik ki, bu şəxs uzun müddətdir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedən şəxslərdən biridir və ermənipərəstdir. Ermənilərin ərazilərimizi işğal altında saxladığı dövrdə onun Azərbaycan sərhədlərini qanunsuz olaraq bir neçə dəfə pozması halları bir neçə dəfə baş verib", - o bildirib.
Onun sözlərinə görə, bütün suallara cavab tapmaq üçün QHT üzvləri dünən onun qaldığı otelin qarşısında aksiya keçirib.
"Lakin çox təəssüf ki, o bizim və mətbuatın suallarına cavab verməkdən imtina edərək, əksinə, öz mühafiçilərinə tapşırıq verdi ki, QHT-lərin üzvlərinə qarşı zorakılıq tətbiq olunsun. Bizim QHT-lər bununla bağlı artıq Daxili İşlər Nazirliyinə müraciət ediblər. Müraciətdə göstərilir ki, biz bu faktların araşdırılmasını tələb edirik. Ümumiyyətlə, belə bir şəxsin BMT-nin qlobal tədbirində iştirakı dözülməzdir", - o bildirib.
Qeyd edək ki, bu gün bir qrup Azərbaycan QHT təmsilçiləri 2024-cü il noyabrın 16-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloninin Azərbaycana səfərinə etiraz edərək, onun qaldığı otelin qarşısında dinc etiraz aksiya keçirib və onun Azərbaycan xalqından üzr istəməsini tələb edib.