...

Dünya parlamentləri iqlim dəyişikliyinin yaratdığı miqrasiyaya qarşı ardıcıl siyasətlər hazırlamalıdırlar - Polşalı senator

İqtisadiyyat Materials 17 Noyabr 2024 16:44 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya parlamentləri iqlim dəyişikliyinin yaratdığı miqrasiyaya qarşı ardıcıl siyasətlər hazırlamalıdırlar.

Trend xəbər verir ki, bunu , Polşa Respublikasının senatoru Qabriela Morawska-Staneczka COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşü çərçivəsində “İnsanların mobilliyinin və iqlim dəyişikliyinin idarə edilməsi: İqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

"Dünyadakı parlamentlər iqlimlə bağlı miqrasiya və təbii fəlakətləri həll etmək üçün ardıcıl və hərtərəfli siyasətlər hazırlamalıdırlar. Bu işin əsas elementi ekoloji mülahizələrin bütün müvafiq siyasətlərə, strategiyalara və proqramlara inteqrasiyası edilməsidir.

Bu, təkcə artıq baş vermiş böhrana reaksiya verməklə bağlı deyil, həm də baş verməmişdən əvvəl insanların məcburi köçkün vəziyyətinə düşməsinin qarşısını almaqdır. Regional və milli strukturlar bunda mühüm rol oynayır və bu aktual problemlərin effektiv həlli üçün lazımi dəstəyi almalıdırlar", - o bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti