...

COP29 çərçivəsində keçirilən Parlament Görüşü ən böyük iclaslardan biri oldu - İPU-nun baş katibi

Siyasət Materials 17 Noyabr 2024 17:26 (UTC +04:00)
COP29 çərçivəsində keçirilən Parlament Görüşü ən böyük iclaslardan biri oldu - İPU-nun baş katibi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-da keçirilən Parlament Görüşü ən böyük və məhsuldar tədbirlərindən biri kimi tarixə düşəcək.

Trend xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın (İPU) baş katibi Martin Çunqonq (İPU) və Azərbaycan Respublikası Milli Məclisinin COP29 çərçivəsində birgə təşkil etdiyi Parlament Görüşünün iştirakçıları qarşısında çıxışə zamanı deyib.

"Əminəm ki, bu görüş bizim indiyə qədər təşkil etdiyimiz ən böyük və ən məhsuldar parlament tədbirlərindən biri kimi tarixə düşəcək. Təqdim olunan yekun sənəd mümkün qədər çox sayda parlamentarinin fikirlərini özündə cəmləşdirməyə çalışan geniş məsləhətləşmə prosesinin nəticəsidir. Bu səy hər birinizin bu sənəddə olan tövsiyələri yerinə yetirmək üçün sahiblik hissi və öhdəliyə malik olmasını təmin etmək məqsədi daşıyır. Sənədi parlamentlər üçün fəaliyyət planı kimi qiymətləndirmək olar. Sənəd, parlamentlərin qəbul etməyə hazır olduqları konkret və icra edilə bilən öhdəlikləri aydın şəkildə müəyyən edir. Bu sənəd həm də birlik gücünün simvoludur", - o bildirib.

Qeyd edək ki, 16-17 noyabr tarixlərində Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər. Eyni zamanda, iki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti