Bakı. Trend:
Cəlilabad rayonunda piyada keçidi yola aşıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq yolda sərbəst hərəkət bərpa olunub”, - Nazirlikdən bildirilib.