...

ABŞ-də meymunçiçəyinin yeni ştammına ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 17 Noyabr 2024 19:33 (UTC +04:00)

Bakı. Trend:

Kaliforniya Xalq Sağlamlığı Departamenti Los-Ancelesdə birinci qrup "meymunçiçəyi" (mpox) xəstəliyinə ilk yoluxma halı qeyd alınıb.

Trend-in məlumatına görə, bu barədə departamentin saytında dərc olunan press-relizdə bildirilib.

Hadisə bu yaxınlarda Afrikadan gələn şəxsdə müəyyən edilib. Ona tibbi yardım göstərilib. O, digər insanlarla təmasdan təcrid olunub və sağalmaq üzrədir. Xəstəlik aşkarlanana qədər həkimlər onun təmasda olduğu hər kəsdən də analiz götürüblər.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, ABŞ Afrikadan kənarda daha aqressiv hesab edilən yeni ştammına yoluxma halı qeydə alınan altıcı ölkə oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti