Bakı. Trend:
Yaponiyanın Taneqasima adasının sahillərində Filippin dənizində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.
Altay-Sayan filialının məlumatlarına əsasən, zəlzələnin episentri Kyuşu adasındakı Kanoy şəhərindən 254 km cənubda olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.