Bakı. Trend:
Ermənistanın Daxili İşlər Nazirliyinin rəhbəri Vaqe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan, İnfrastruktur naziri Qnel Sanosyan və Vergi orqanlarının rəhbəri Rüstəm Badasyan istefa veriblər.
Bu barədə Trend Ermənistan KİV-ə istinadən xəbər verir.
İstefaların baş nazir Nikol Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi töhmətdən sonra baş verdiyi bildirilir.