Ağdam. Trend:
Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsində, ailə münaqişəsi zəminində baş verib. Belə ki, münaqişə nəticəsində ər 1975-ci il təvəllüdlü Həsənov Rüstəm Yaqub oğlu, həyat yoldaşı, 1988-ci il təvəllüdlü Həsənova Mənzər Əncuma qızına bıçaq xəsarəti yetirib.
H.Rüstəm hadisə yerindən qaçıb. Ağdam rayon polis şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.
Yaralı M.Həsənova rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan əldə olunan məlumata görə, yaralı sol əlin beşinci barmağının 1.5 sm dərinliyində kəsilmiş-deşilmiş yarası ilə xəstəxananın təcili yardım şöbəsinə gətirilib. Onun həyatı təhlükəsinin olmadığı bildirilir.