...

Strateji valyuta ehtiyatları artıb - Nazir müavini

İqtisadiyyat Materials 18 Noyabr 2024 12:01 (UTC +04:00)
Strateji valyuta ehtiyatları artıb - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkənin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noyabrınadək 1,6 dəfə artaraq, 73 milyard dollara çatıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Nazir müavini bildirib ki, son illərdə iqtisadiyyatın yüksək dərəcədə şəffaflaşması müşahidə olunur.

"2019-cu ilin əvvəlindən son tarixədək əmək müqavilərinin sayı cəmi 470 minədək, o cümlədən, qeyri-neft, özəl sektorda 446 minədək artıb. Bu da əmək bazarının əhəmiyyətli dərəcədə şəffaflaşmasını ifadə edir".

Xəbər lenti

Xəbər lenti