Bakı. Trend:
2024-cü ilin sonuna Azərbaycanda inflyasiyanın 5.1 faiz olacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, inflyasiya təzyiqlərinin azalması məqsədilə Mərkəzi Bank pul siyasətini yumşaldıb.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib.
"AMB cari ildən başlayaraq sterelizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə əlçatanlığı diqqətdə saxlanılıb”, - deyə o əlavə edib.