Bakı. Trend:
Serbiyada noyabrın 1-də dəmiryolu vağzalında stansiya binasının tavanının bir hissəsinin çökməsi nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb.
Trend xəbər verir ki, qəzada ağır yaralananlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 50 metr uzunluğunda şüşə, beton və metal konstruksiyalardan ibarət stansiya binasının tavanı ölkənin əhali baxımından ikinci ən böyük şəhəri olan Novi Sadda vağzal binasının üzərinə çöküb. Qəzadan sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.