Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidə olunub.
Trend Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 milyon 765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 6 milyon 522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 279,3 min ton təşkil edib.
Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 faizini və ya 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.