...

Gələn il orta aylıq əmək haqqı bu qədər artacaq

Cəmiyyət Materials 18 Noyabr 2024 11:08 (UTC +04:00)
Gələn il orta aylıq əmək haqqı bu qədər artacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il orta aylıq əməkhaqqı 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.

Trend-in xəbərinə görə, bu barədə “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
2025-2028-ci illərdə isə hər il 7,1 faiz artaraq 1326,4 manata çatacaq.

Qeyd edilib ki, 2025-ci ildə artımın bir qədər sürətlənməsi minimum əməkhaqqı məbləğinin 55 manat, yaxud 15,9 faiz artırılması ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti