...

İqlim dəyişikliyi ilə mübarizə apararkən səhiyyəyə də nəzər salmalıyıq - Niderlandlı nazir

Cəmiyyət Materials 18 Noyabr 2024 10:57 (UTC +04:00)
İqlim dəyişikliyi ilə mübarizə apararkən səhiyyəyə də nəzər salmalıyıq - Niderlandlı nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi ilə mübarizə apararkən, emissiyaları azaltmaqla yanaşı, səhiyyəyə də nəzər salmalıyıq.

Trend xəbər verir ki, bu barədə Niderland Krallığının gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində keçirilən “İqlimə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş”də çıxışı zamanı deyib.

"Biz təkcə səhiyyəmizi daha davamlı etmək məcburiyyətində deyilik. Mavi-yaşıl məktəb həyətləri və ya sahil parkları yaratmağın sağlamlığa böyük faydası var. Çünki o parklar daha təmiz hava yaradır, insanları idman etməyə, uşaqları oynamağa, hərəkət etməyə sövq edir.

Buna görə də, indi Niderlandın Səhiyyə Nazirliyi bu investisiyaları qoyur və maliyyələşdirir. Çünki bu, iqlim dəyişikliyi ilə mübarizəyə də çox töhfə verir”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti