...

Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir - Aygün Əliyeva

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 13:28 (UTC +04:00)
Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir - Aygün Əliyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir.

Trend xəbər verir ki, bunu bu gün COP29 çərçivəsində Türk dövlətlərinin QHT-lərinin forumunda çıxışı zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

O bildirib ki, ölkələri tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin bir-birinə istəyi daha da birləşdirir.

“COP29-un “insan kapitalı”na həsr edilmiş tematik günündə türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır”. Bu baxımdan, yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə Türk coğrafiyasının uzunmüddətli inkişafına nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar”,- deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti