...

ICESCO "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırlayır

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 15:53 (UTC +04:00)
ICESCO "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırlayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ICESCO Greening Education və UNESCO ilə əməkdaşlıqda "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırlayır.

Trend xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.

"“Greening Education” tərəfdaşlığı və UNESCO ilə əməkdaşlıqda ICESCO-nun "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırladığını elan etmək mənim üçün böyük şərəfdir. Bu panelin növbəti il COP30 çərçivəsində istifadəyə verilməsi planlaşdırılır.

Dünya üzrə əlçatan olacaq bu rəqəmsal panel hökumətlərə və siyasətçilərə 2030-cu il hədəflərinə nail olmaq və daha da inkişaf etmək üçün effektiv planlama və qərar qəbul etmə imkanı verəcək. Birlikdə çalışaraq, biliklərimizi paylaşaraq və bir-birimizi dəstəkləyərək, həqiqətən dayanıqlı və inklüziv bir təhsil sistemi yarada bilərik. ICESCO bu yolda iştirak etməyə və bu vizyonu həyata keçirmək üçün sizinlə əməkdaşlığa hazırdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti