...

“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb (FOTO)

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 16:43 (UTC +04:00)
“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC (bundan sonra – BSC) arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb. Anlaşma çərçivəsində “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-ni bərpa olunan enerji ilə təchiz edəcək.

Trend xəbər verir ki, Cəbrayılın Soltanlı kəndində inşa ediləcək layihə 100 MVt gücündə günəş enerji stansiyasının tikintisini ehtiva edir və hər biri 50 MVt olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş stansiyaları. İstehsal olunan günəş enerjisi yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.

Sözügedən layihə “Clean Energy Invest” MMC-nin “Clean Energy Cəbrayıl” və “Nobel Energy” nin “Enerso” şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu tərəfdaşlıq hər iki tərəfin Azərbaycanın yaşıl enerjiyə keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə olan ortaq öhdəliyini nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti