...

COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək

Cəmiyyət Materials 18 Noyabr 2024 18:02 (UTC +04:00)
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək

Bakı. Trend:

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində 'City for People in Baku: Transforming

Urban Spaces for a Sustainable Future' (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər
Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir baş tutacaq.

20 noyabr tarixində keçiriləcək tədbirdə AYNA-nın nümayəndəsi və həmçinin nəqliyyat üzrə ekspert
Vüsal Rəcəbli, 'City for People' konseptinin təqdimatını, görüləcək işləri, layihələri və
ekosistemin sağlamlığının təkmilləşdirilməsi barədə açılış nitqi söyləyəcəklər.

Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə
keçirilən tədbirlər barədə məlumatlar təqdim olunacaq və panel sessiyasında müzakirə ediləcək.

Panelistlər qismində AYNA-nın nümayəndəsi, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, Bolt şirkətinin
Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov, AmCham Heyətinin icraçı direktoru
Gülnarə Aslanbəyli və KPMG şirkətinin Hüquq departamenti üzrə rəhbəri və direktoru Seymur
Niftaliyev tədbirə dəvət olunublar. Qonaqlar ekoloji təhlükəsiz taksi xidmətləri, Bakıda
mikromobilliyin genişləndirilməsi və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparacaqlar.

Həmçinin, Bakıya 6500 km-dən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının
üzvü Giyem Otraj (Guillaime Otrage, COP29 Ride Team) davamlılıq mövzusunda, iqlim dəyişiklikləri
ilə bağlı düşüncələrini bölüşəcək.

Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri, Paşayeva Maarifə
tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti