Bakı. Trend:
"PANALPİNA CENTRAL ASİA E.C." beynəlxalq logistika şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini 1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 55 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "PANALPİNA CENTRAL ASİA E.C." logistika şirkətinin Azərbaycandakı filialı ilk dəfə 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Bayramova Cahan Yalçın qızıdır.