...

Bu ilin 10 ayında əsas kapitala 14391,1 milyon manat investisiya yönəldilib

İqtisadiyyat Materials 18 Noyabr 2024 18:33 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14391,1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az investisiya yönəldilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,0 faiz azalıb.

Məlumata görə, ümumi sərmayənin 7308,6 milyon manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinin, 5162,4 milyon manatı (35,9 faizi) xidmət sahələrinin, 1920,1 milyon manatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 57,6 faizi dövlət, 42,4 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 72,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 83,0 faizini təşkil edib. 2024-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 37,6 faizi sənaye, 25,2 faizi tikinti, 24,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi informasiya və rabitə, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi maliyyə və sığorta, 1,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər biri 0,8 faizi olmaqla dövlət idarəetməsi və müdafiə, təhsil, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, hər biri 0,5 faiz olmaqla, inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahələrinə sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti