...

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər 2,5 mlrd. manatı ötüb

Energetika Materials 18 Noyabr 2024 18:18 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 516,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,4%-lik azalma deməkdir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 519,3 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti