...

Çexiyadakı daşqınların zərəri qiymətləndirildi

Dünya xəbərləri Materials 19 Noyabr 2024 01:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayında Çexiyada baş verən daşqınların vurduğu ziyan ən azı 60 milyard kron (2,4 milyard avro) təşkil edəcək.

Trend-in Novinky xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çexiya maliyyə naziri Zbynek Stanjura məlumat verib.

Nazir, təbii fəlakətdən dəyən ümumi zərərin hesablanmasının hələ tamamlanmadığını vurğulayıb və məbləğin artacağı ehtimalını qeyd edib. Daşqının ən böyük ziyanı dövlət əmlakına dəyib, xüsusilə Moraviya-Sileziya və Olomouc bölgələri ən çox zərər çəkib.

Zərərin aradan qaldırılması üçün ayrılacaq vəsaitin bir hissəsi Çexiya Avropa İttifaqının fondlarından alınacaq. Bununla yanaşı, fəlakətlə mübarizə üçün vəsaitin ayrılması Çexiyanın büdcə xərclərini əhəmiyyətli dərəcədə artırıb. 2024-cü il üçün dövlət büdcəsinin kəsiri 30 milyard kron (1,17 milyard avro), 2025-ci il üçün isə 10 milyard kron (400 milyon avro) artırılıb.

Xəbər lenti

Xəbər lenti