Bakı. Trend:
Fransanın Haute-Saône bölgəsində fermerlər etiraz aksiyası çərçivəsində gecə ərzində şəhər və kəndlərdə 400-dən çox yol nişanını sökərək yerini dəyişdiriblər.
Trend, Fransa 3 Bölgə televiziyasına istinadən xəbər verir ki, bu aksiyanın məqsədi Avropa İttifaqı (Aİ) ilə MERCOSUR (Cənubi Amerika Ümumi Bazarı) arasında imzalanması planlaşdırılan azad ticarət sazişinə qarşı narazılığı ifadə etməkdir.
Etirazçılar sürücülərə və istehlakçılara mesaj göndərərək, "İndi siz də bizim kimisiniz" ifadəsini səsləndiriblər.
Bundan əlavə, Puy-en-Velay şəhərində fermerlərin inzibati çətinlikləri pisləmək məqsədilə sənədləri xüsusi hazırlanmış zibil qutusuna atdıqlarını göstərən bir video da geniş yayılıb.