Bakı. Trend:
Ridli Skottun rejissorluğu ilə çəkilən "Qladiator 2" filmi ilk həftəsonunda 87 milyon dollar gəlir əldə edərək kassa rekordu qazanıb.
Trend xəbər verir ki, film ABŞ, Kanada və Çində nümayiş olunmasa da, 63 ölkədə uğurlu nəticə göstərib. Xüsusilə Fransada 729 kinoteatrda 10,3 milyon dollar gəlir əldə edib. Bu uğur "Qladiator 2"-ni Ridli Skottun filmləri arasında ən yüksək debüt gəlirinə sahib filmə çevirib.
Buna baxmayaraq, film 2024-cü ilin rekordlarını təzələyə bilməyib. "Dune: İkinci hissə" dünya üzrə 97 milyon dollar, "Inside Out 2" 140 milyon dollar, Disneyin "Deadpool və Wolverine" filmi isə 233 milyon dollar gəlir əldə edib.
"Qladiator 2"nin yaxın günlərdə ABŞ və digər böyük bazarlarda nümayişi gözlənilir, bu da gəlir rəqəmlərini daha da artıracaq.