Bakı. Trend:
Nyu-Yorkda, o cümlədən BMT-nin mənzil-qərargahı yaxınlığında baş verən bıçaqlı hücumlar nəticəsində azı iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Trend xəbər verir ki, şəhər meri Erik Adams hadisə ilə bağlı mətbuat konfransında açıqlama verib.
Hücumlar ardıcıl olaraq baş verib:
İlk insident yerli vaxtla səhər 08:30 radələrində Manhettenin
qərb hissəsində baş verib və burada 36 yaşlı inşaat işçisi həyatını
itirib.
İki saat sonra, şəhərin şərq hissəsində, 68 yaşlı kişi Şərq çayı
sahilində balıq tutarkən hücuma məruz qalaraq dünyasını
dəyişib.
Üçüncü hücum isə səhər saat 10:55-də BMT-nin mənzil-qərargahı
yaxınlığında baş verib. Bu insidentdə 36 yaşlı qadın çoxsaylı bıçaq
yaraları alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücumları törədən şəxs polis tərəfindən saxlanılıb.
Bu hadisələr Nyu-Yorkda təhlükəsizliklə bağlı gərgin siyasi və sosial müzakirələr fonunda baş verib. Polis məlumatına görə, şəhərdə qətllərin sayı son iki ildə 14% azalsa da, zorakı cinayətlər 12% artıb.