...

Livan və “Hizbullah” ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb

Dünya xəbərləri Materials 19 Noyabr 2024 06:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livan və “Hizbullah” ABŞ-ın İsraillə atəşkəsə dair təklif etdiyi sazişi qəbul edib, lakin bəzi əlavə qeydlər veriblər.

Trend-in məlumatına görə, bu barədə Livan parlamentinin sədri köməkçisi Əli Həsən Xəlil “Reuters” agentliyinə bildirib.

Onun sözlərinə görə, Livan ABŞ-ın Beyrutdakı səfiri Liza Consona yazılı cavab göndərib.

Əli Həsən Xəlil bildirib ki, hazırda hər şey İsraildən asılıdır və bu, atəşkəsə nail olmaq üçün göstərilən ən ciddi cəhddir.

Livan rəsmisi əlavə edib ki, qeydlər müsbət mənada təqdim olunub, lakin digər təfərrüatlar açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti