Bakı. Trend:
Əlcəzair prezidenti Əbdülməcid Tebbun baş nazir Nazir Larbavinin rəhbərlik etdiyi hökumətdə qismən dəyişikliklər edib.
Trend xəbər verir ki, dəyişikliklərə əsasən, Xarici İşlər, Daxili İşlər, Dini İşlər və Vəqf, Maliyyə, eləcə də Energetika və Mədən nazirləri öz vəzifələrini qoruyublar.
Ədliyyə Naziri və Möhür Mühafizəsi vəzifəsinə Abderraşid Tebbinin yerinə Lütfi Bujemaa təyin olunub. Mədəniyyət və İncəsənət Nazirliyinə isə Soraya Muludjinin əvəzinə Zuhair Belalu gətirilib. Soraya Muludji bundan sonra Milli Həmrəylik, Ailə və Qadınlar naziri olaraq fəaliyyət göstərəcək.
Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik Məhəmməd Abdelhafid Hennidən Yusif Şorfaya keçib. Turizm və Sənətkarlıq Nazirliyində isə Muxtar Diduşun yerini Huriya Medaxi tutub.
Qeyd edək ki, dəyişikliklər Əlcəzair hökumətində islahatların davam etdirilməsi məqsədilə həyata keçirilib.