...

Şimali Makedoniya və Kosovo sərhəd keçidlərini asanlaşdırır

Dünya xəbərləri Materials 19 Noyabr 2024 07:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniya və Kosovo 2025-ci ildən etibarən vətəndaşlarının sərhədləri keçməsini asanlaşdırmaq üçün razılaşıb.

Trend xəbər verir ki, iki ölkə yanvardan etibarən sərhəd-buraxılış məntəqələrində keçidləri asanlaşdırmaq barədə razılığa gəlib. Gələn ildən etibarən Elez Han və Jazinçe-Globoçiça sərhəd-buraxılış məntəqələrində "bir pəncərə" prinsipi tətbiq ediləcək.

Cari ilin yanvar-noyabr ayları arasında hər iki istiqamətdə 5 milyonadək sərhəd keçidi qeydə alınıb, bu isə 2019-cu ildəki 3 milyon 500 min rəqəmindən əhəmiyyətli dərəcədə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin aprel ayından etibarən Şimali Makedoniya və Kosovo vətəndaşları sərhədi yalnız şəxsiyyət vəsiqələri ilə keçə bilirlər.

Xəbər lenti

Xəbər lenti