Bakı. Trend:
"Monako"nun 18 yaşlı hücumçusu Corc İlenikena Fransanın Korbey-Esson şəhərində hücuma məruz qalıb və qarət edilib.
Trend xəbər verir ki, bu barədə "Le Parisien" nəşri yerli polisə istinadən məlumat yayıb.
Hadisə futbolçunun şənlikdən çıxarkən baş verib. Gənc oyunçu dostu ilə avtomobilinə əyləşərkən silahlı dəstənin hücumuna məruz qalıb. Hücum edənlər futbolçudan bahalı ayaqqabı, "iPhone" və "Volkswagen Golf" avtomobilinin açarlarını alıblar. Avtomobili oğurladıqdan sonra hücumçular onu divara çırparaq yaxınlıqda tərk ediblər.
Hadisə zamanı futbolçu ciddi xəsarət almayıb. Polis cinayəti törədən şəxslərin axtarışını davam etdirir.