Bakı. Trend:
"Tottenhem" futbol klubu öz loqosunda dəyişiklik edib.
Trend xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi internet səhifəsində məlumat yayılıb.
Yeni loqoda klubun adı artıq əks olunmayıb. Simvolun yenilənməsi zamanı 300-ə yaxın futbolçu, mütəxəssis və azarkeşin fikirləri nəzərə alınıb, bu da seçimin daha demokratik və əhatəli olmasını təmin edib.
Xatırladaq ki, klubun əvvəlki loqosu 2013-cü ildən etibarən istifadə olunurdu.