Bakı. Trend:
"Atletiko Madrid" rəhbərliyi Dieqo Simeonenin yerinə yeni baş məşqçi axtarışlarına başlayıb.
Trend xəbər verir ki, hazırkı mövsüm Simeonenin klubdakı son mövsümü ola bilər. Klub rəsmilərinin hansı baş məşqçi ilə danışıqlar apardığı barədə isə hələ məlumat verilmir.
Xatırladaq ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko Madrid" klubunun baş məşqçisi vəzifəsində çalışır.