Bakı. Trend:
İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) direktoru Ronen Bar Türkiyəyə səfər edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla görüşüb.
Trend xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Görüş zamanı kəşfiyyat xidmətlərinin rəhbərləri Qəzza zolağında atəşkəslə bağlı danışıqların bərpasına dair səyləri və Ankaranın bu prosesə dəstək göstərmək potensialını müzakirə ediblər.
Bundan əvvəl adı açıqlanmayan ərəb rəsmisi “The Times of Israel”ə bildirib ki, Fələstinin “HƏMAS” hərəkatının rəhbərliyinə daxil olan bəzi nümayəndələr hazırda Türkiyədədir.
Görüşün detalları ictimaiyyətə açıqlanmasa da, bu təmasların regional təhlükəsizlik, İsrail-Fələstin münaqişəsi və Türkiyənin vasitəçilik rolu kontekstində əhəmiyyətli olduğu vurğulanır. Analitiklər görüşün bölgədə gərginliyin azaldılmasına yönələn diplomatik səylərin bir hissəsi olduğunu qeyd edirlər.