...

Nigeriyada silahlılar ordu bazasına hücum edib

Dünya xəbərləri Materials 18 Noyabr 2024 23:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Afrikada İslam Dövləti (ISWAP) yaraqlıları Nigeriyanın şimal-şərqində, Borno əyalətinin Kareto kəndində yerləşən ordu bazasına hücum edərək 5 əsgəri öldürüb, 10 nəfəri yaralayıb.

Trend xəbər verir ki, Maghreb Arabe Press-in məlumatına görə, hücum zamanı yaraqlılar zirehli ordu yük maşını da daxil olmaqla 5 avtomobili yandırıblar. Hazırda itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, Kareto kəndi ekstremist “Boko Haram” və ISWAP qruplaşmalarına qarşı döyüşən Nigeriya ordusunun 149-cu batalyonunun yerləşdiyi bölgədir. Kareto, bölgənin paytaxtı Mayduquridən təxminən 153 km aralıda yerləşir.

Xəbər lenti

Xəbər lenti