...

Paraqvay lideri "G20" sammitini təcili yardım maşını ilə tərk edib

Dünya xəbərləri Materials 19 Noyabr 2024 06:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paraqvay prezidenti Santiaqo Pena sinə ağrıları səbəbindən Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib.

Trend-in məlumatına görə, bu barədə "Ultima Hora" qəzeti xəbər verib.

Məlumata görə, dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib. Pena xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub.

Elektrokardioqramma nəticəsində anomaliya aşkarlanıb və prezidentin özəl xəstəxanaya göndərilməsinə qərar verilib.

Xəbər lenti

Xəbər lenti