Bakı. Trend:
Futbol üzrə San-Marino millisi tarixi bir uğura imza ataraq ilk səfər qələbəsini əldə edib.
Trend xəbər verir ki, Lixtenşteynə qarşı keçirilən matç 3:1 hesabı ilə San-Marino komandasının xeyrinə başa çatıb. Bu qələbə ilə San-Marino millisi ilk dəfə bir oyunda üç qol vuraraq tarixə düşüb.
Bu nəticə ilə San-Marino, UEFA Millətlər Liqasının D Liqası 1-ci qrupunda 4 oyundan sonra 7 xal toplayaraq birinci yeri tutub və növbəti mövsümdə C Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Qrupda ikinci yeri 6 xalla Cəbəllütariq, üçüncü yeri isə 2 xalla Lixtenşteyn tutub.
San-Marino hazırda FIFA reytinq cədvəlində sonuncu, 210-cu pillədə qərarlaşıb. Komanda Lixtenşteynə qarşı ilk turda da 1:0 hesabı ilə qalib gələrək 2004-cü ildən bəri ilk qələbəsini qeyd etmişdi.
Qeyd edək ki, UEFA Millətlər Liqasının VI turu çərçivəsində ikinci oyun günündə 9 qarşılaşma keçirilib.