...

Rumıniyanın keçmiş baş naziri prezidentliyə namizədliyini geri çəkib

Dünya xəbərləri Materials 19 Noyabr 2024 05:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın keçmiş baş naziri Lüdovik Orban, ölkə prezidentliyinə namizədliyindən imtina etdiyini və Rumıniyanın Qurtuluşu Uğrunda Birlik Partiyasının lideri Yelena Laskoniyə dəstək verdiyini açıqlayıb.

Trend xəbər verir ki, Orban bu bəyanatı Kluj-Napoka şəhərində keçirilən prezidentliyə namizədlərin debatında verib. Tədbir Babes və Bolyai Universiteti və Digi24 telekanalı tərəfindən təşkil olunub.

“Həmkarlarımla seçki kampaniyasını davam etdirmək qərarı verdim, lakin bu dəfə Yelena Laskoniyə dəstək olaraq,” – deyə Orban bildirib. “Mən siyasi vəziyyəti qiymətləndirən və geri addım atmağın vacib olduğunu anlayan realistəm.”

Orbanın qərarından sonra prezident seçkilərində namizədlərin sayı 13-ə enib. Rumıniyada prezident seçkiləri birinci turu noyabrın 24-də, ikinci turu isə dekabrın 8-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti